Yardımlıda pul üstündə bıçaqlanma
11 Avqust 2010 Çərşənbə 16:10
Abasbəyli kənd sakininə 8 bıçaq zərbəsi vurulub.
Dünən axşam saat 22:00 radələrində Yardımlı rayonunda bıçaqlanma hadisəsi baş verib. 20 yaşlı Abasbəyli kənd sakini, Elnur Əlifağa oğlu Nəhmədov Bakıdan kəndə gələrək evlərinə gedərkən 3 nəfər kəndlisi tərəfindən saxlanılaraq bıçaqlanıb. Rayon polis şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, faktla əlaqədar hadisədə şübhəli bilinənlərdən biri, Natiq Əliyev saxlanılaraq ilkin ifadəsi alınıb.

Xəsarət alanın əmisinin ANS PRESS-ə bildirdiyinə görə, hadisə pul üstündə baş verib və qardaşı oğluna bıçaq və küt alətlə 8 zərbə endirilib. Xəsarət alan şəxs rayon xəstəxanasına aparılaraq əməliyyata alınıb.

Onun sözlərinə görə, Natiq və Nicat Əliyev qardaşları əmsi oğlu Kamalla əlbir olaraq E. Nəhmədovun üzərində olan telefonu və pulunu da götürüblər.

Faktla bağlı araşdırmalar davam edir.

Qeyd edək ki, E.Nəhmədov Bakının Qaradağ rayonunda yerləşən daş karxanalarından birində fəhlə kimi işləyirmiş. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar