Xəzərdə gəmi batıb
17 May 2010 Bazar Ertəsi 15:30
Xəzərdə gəmi batıb. Gəmi Mahaçqala-Bakı istiqamətində hərəkət edirmiş.
Mahaçqala-Bakı istiqamətində hərəkət edən “MK Kaspi rıboprodukt” MMC-yə məxsus “Kapitan Yevseyev” gəmisi Xəzər dənizində batıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, gəmi mayın 16-da yola düşüb və təmir üçün Azərbaycana gəlirmiş.

Məlumata görə, “Kapitan Yevseyev” “Tülen-10” gəmisinin yedəyində olub. Eyni zamanda göyərtəsində iki nəfər olub - kapitan və böyük mexanik. Gəmi Mahaçqala limanından bir qədər aralandıqdan sonra 36 dərəcə təhlükəli şəkildə əyilib və nəticədə batıb. Hadisə baş verən zaman heyətin hər iki üzvü “Tülen-10” gəmisinə keçərək sahilə qayıdıblar. Batan gəminin göyərtəsində yanacaq və yük olmayıb. Hadisə nəticəsində ölən, zərərçəkən olmayıb və ətraf mühitə ziyan dəyməyib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar