Bu gün Bakının Xətai rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. ANS PRESS-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hadisə saat 09:40 radələrində Yusif Səfərov küçəsində, “Neftçilər” xəstəxanasının yaxınlığında qeydə alınıb.
Firdovsi Cəlilov adlı sürücü idarə etdiyi “Mercedes” markalı maşınla piyada, "Dinamo" idman cəmiyyətinin işçisi olan 55-60 yaşlarında olan qadını vurub. Hələlik şəxsiyyəti açıqlanmayan qadın piyada zolağının üstündə vurulub. Qadın hadisə yerində keçinib.
Xətai rayon Polis İdarəsinin baş müstəntiqi Xıdır Xıdırovun ANS PRESS-ə verdiyi məlumata görə, meyit tibbi ekspertiza üçün xəstəxanaya aparılıb. İlkin versiyaya görə, hadisəyə səbəb yüksək sürət və süürücünün piyada zolağına məhəl qoymaması olub.
Faktla bağlı araşdırma apaılır.
Xətaidə yol qəzası
55-60 yaşlı qadın piyada zolağında vurulub




Şərhlər