Xətai rayonunda zəncirvari yol qəzası
19 İyul 2010 Bazar Ertəsi 21:00
Hadisəyə səbəb ərazidəki işıqforun işləməməsidir.
Bu gün axşam saat 20:00 radələrində Xətai rayonu ərazisində üç avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Xətai Rayon Dövlət Yol Polisi Şöbəsindən ANS PRESS-ə verilən məlumatda hadisənin Fəhlə Prospektindən NZS qəsəbəsinə ayrılan yolda baş verdiyi bildirilib. “VAZ 21099”, “Tofaş” və “Hundai” avtomaşınlarının zəncirvari şəkildə toqquşmasına səbəb ilkin ehtimala görə ərazidə olan işıqforun nasaz olması və avtomobillərin ara məsafəsinə riayət etməməsi olub. Polisdən verilən məlumatda işıqforun nasazlığı barədə aidiyyatı üzrə məlumat verildiyi bildirilib.
Qeyd edək ki, baş verən zəncirvari qəza zamanı xəsarət alan olmayıb. Faktla bağlı Xətai Rayon Dövlət Yol Polisi Şöbəsində araşdırma aparılır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: