Şəmkir rayon Uşaq Xəstəxanasında bədbəxt hadisə baş verib. Rayon Prokurorluğundan verilən məlumata görə, xəstəxanada gözətçi işləyən Ənvər Qarayevi iş yoldaşı öldürüb.
Belə ki, aprelin 19-da xəstəxanasının 2-ci mərtəbəsində aparılan təmir işləri ilə əlaqədar, orada təsərrüfat müdiri işləyən rayon sakini Diləfrüz Məmmədovanın pəncərədən həyətə atdığı dəmir parçası Ə.Qarayevin baş nahiyəsinə dəyib. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş Ə.Qarayev aprelin 23-də orada ölüb.
Faktla bağlı cinayət işi başlanıb. ANSPRESS
Xəstəxananın şöbə müdiri iş yoldaşını öldürdü
Diləfrüz Məmmədovanın atdığı dəmir parçası gözətçinin başına dəyib.




Şərhlər