Xarici Dillər Universitetində bədbəxt hadisə baş verib. Nəsimi rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, universitetin ingilis dili fakultəsinin 1-ci kurs tələbəsi Aygün Yaşar qızı Rüstəmova əsas korpusunda ehtiyatsızlıqdan pilləkənlərin arasından yıxılıb.
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından ANS PRESS-ə verilən məlumata görə, yaralı qapalı-kəllə beyin və digər xəsarətlərlə Kiliniki Tibbi Mərkəzin neyrotravmotologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. ANSPRESS
Xarici Dillər Universitetində bədbəxt hadisə
Xarici Dillər Universitetində birinci kurs tələbəsi yuxarı mərtəbədən aşağı yıxılıb.




Şərhlər