Hadisə

Xaçmazda taxıl sahəsi yanır

Xaçmazda taxıl sahəsi yanır. Yanğın 3-4 hektarlıq ərazini əhatə edib.

· Xəbərçi
Xaçmazda taxıl sahəsi yanır
Xaçmaz rayonunda taxıl sahəsi yanır. Hadisə rayonun Qıraqlı kəndində baş verib. Yanğın hazırda da davam edir. Lent.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, yanğın 3-4 ha biçilmiş taxıl zəmisini əhatə edir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölməsinin Quba və Xaçmazda yerləşən hissələrinin yanğın söndürən maşınları cəlb olunub.

Hazırda yanğınsöndürənlər yanğının qarşısını almağa çalışır. ANSPRESS

Şərhlər