Xaçmaz sakinini qatar vurub
10 Avqust 2010 Çərşənbə Axşamı 20:30
54 yaşlı şəxs dəmiryolu xəttini keçmək istəyirmiş
Bu gün səhər saatlarında Xaçmaz rayonu ərazisində bir nəfəri qatar vurub. Hadisə saat 10 radələrində Azərbaycan Dövlət Dəmiryolunun 2514-cü kilometrliyinin 4-cü piketində, Xaçmaz-Çarıxlı mənzilində baş verib. Xaçmaz rayonunun Laman kənd sakini 54 yaşlı Güloğlan Camal oğlu Əsgərov dəmiryol xəttini keçmək istəyərkən elektrik qatarının altında qalıb.

Yaralı təcili olaraq xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
DİN-in Nəqliyyatda Baş Polis İdarəsi Dəmiryol Nəqliyyatında Polis Idarəsinin Xaçmaz xətt polis şöbəsinin rəis müavini Nizami Məhsimovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, mərhumun meyiti Xaçmaz rayon morquna təhvil verilib və müvafiq tibbi ekspertiza təyin edilib.

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırma aparılır. Hazırda elektrik qatarını idarə edən maşinist, Şabran rayon Sakini Orucəli Kazım oğlu Orucəliyevin baş vermiş hadisədə təqsirinin olub-olmaması dəqiqləşdirilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar