Amerikanın “United Airlines” şirkətinə məxsus olan “Boeing 767” tipli təyyarə Vaşinqton-Moskva səfərini yerinə yetirərkən Portuqaliyanın Azor adalarında qəza enişi etmək məcburiyyətində qalıb. Buna səbəb isə təyyarənin mühərrikinin alışması və göyərtəsində tüstü hiss olunması olub.
Terseyr adasında yerləşən Amerikanın Lajeş hərbi bazasına enən təyyarədə xəsarət alan olmayıb. Sərnişinləri otelə yerləşdirilmiş təyyarədə nasızlığın hansı səbəbdən baş verməsi araşdırılır. ANSPRESS
Vaşinqton-Moskva reysində qəza
Mühərriki alışan təyyarə təcili qəza enişi edib.




Şərhlər