Gədəbəy rayon sakini intihara cəhd edib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, sentyabrın 8-də saat 12.10 radələrində rayonun S.Vurğun küçəsində Söyüdlü kənd sakini Minarə Kərimova üstünə benzin tökərək özünü yandırıb. M.Kərimovanın özünə qəsd etməsinə səbəb əmlak bölgüsü ilə əlaqədar hüquqlarının pozulması olub. Yanıq xəsarəti almış M.Kərimova xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır. ANSPRESS
Üzərinə benzin tökərək özünü yandırdı
Minarə Kərimovanın özünə qəsd etməsinə səbəb, əmlak bölgüsü olub




Şərhlər