Üç qız atası suda boğuldu
09 Avqust 2010 Bazar Ertəsi 12:40
Üç qız atası əllərini yuyarkən kanala düşüb.
Saatlı rayonunda bədbəxt hadisə baş verib. Saatlı rayon polis şöbəsindən ANS PRESS-ə verilən məlumta görə, 30 yaşlı Rüstəm Həsən oğlu Hüseynov suya düşərək boğulub.
Mərhumun əmisi, Dədəqorqud kənd sakini, Səhrab Hüseynovun ANS PRESS-ə verdiyi məlumata görə, qardaşı oğlu Rüstəm Hüseynov mal-qara otararkən kənd ərazisindən keçən Mil-Muğan kollektoru ilə Sağsahil kanalının birləşməsində əllərini yumaq istəyib və müvazinətini itirərək suya düşüb. Yanında olan bir neçə yeniyetmə onu xilas etmək istəsə də, buna nail ola bilməyib.
Hazırda ərazidə rayon polisinin və Fövqəladə Hallar Nazirliyinin rayon komossiyasının əməkdaşları axtarış tədbirləri aparır.
Qeyd edək ki, R. Hüseynovun 3 azyaşlı qızı var idi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: