Hadisə

Üç ailənin evi yanaraq kül olub

Üç ailənin evi yanaraq kül olub. Hadisə Oğuz rayonunda baş verib.

· Xəbərçi
Üç ailənin evi yanaraq kül olub
Bu gün axşam saatlarında Oğuz rayonunda yanğın hadisəsi baş verib. Saat 19:30 radələrində rayonun Dəymədərə kəndi istiqmətində yerləşən Laçın rayonundan məcburi köçkünlərin məskunlaşdığı üç otaqlı fərdi yaşayış evi yanıb.

Ev sahibi Vidadi İsfəndiyarovun ANS PRESS-ə verdiyi məlumata görə, yanğın nəticəsində 3 ailənin yaşadığı ev tamamilə yanıb və evdən heç bir əşyanı çıxarmaq mümkün olmayıb. Ev sahibi yanğının elektrik naqillərindəki qısaqapanmadan baş verdiyini, hadisə yerinə yanğınsöndürən briqada gəlsə də, yanğının qarşısını almağın mümükün olmadığını bildirib.

Hadisə nəticəsində xəsarət alan olmayıb. ANSPRESS

Şərhlər