Türkiyədə zəlzələ baş verib. Kandili Rəsədxanasının məlumatına görə, yeraltı təkanlar Hatay şəhərinin İskəndərun körfəzi ərazisində qeydə alınıb. Gecə saat 01:08 radələrində qeydə alınan təkanlar Rixter şkalası üzrə 4.9 bal gücündə olub. İlkin məlumatlara görə, təqribən 10 saniyə davam edən zəlzələ zamanı tələfat və dağıntı olmayıb.
Zəlzələ ətraf rayonlarda və kəndlərdə də hiss edilib.
Türkiyədə zəlzələ olub
Yeraltı təkanlar bu gecə qeydə alınıb




Şərhlər