Tuvuzda maşın qatarla toqquşub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qəza dekabrın 8-də saat 22.00 radələrində Tovuz Dəmir Yolu Stansiyasının 6-cı piketində qorunmayan keçiddə baş verib.
Tovuz rayon sakini Vəli Əsgərov idarə etdiyi "VAZ-21011" markalı avtomaşını yük qatarına, sonradan isə həmyerlisi Arif Alıyevin idarə etdiyi "QAZ-2410" markalı avtomaşına vurub.
Nəticədə xəsarət alan olmasa da, avtomaşınlara qismən ziyan dəyib.
Faktla bağlı Nazirliyin Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Tovuzda maşın qatarla toqquşub
Hadisə zamanı xəsarət alan olmayıb




Şərhlər