Səbail rayonu ərazisində yerləşən tikinti şirkətindən oğurluq edilib.
Səbail rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, “AZENKO” Açıq Səhmdar Cəmiyyətinin tikinti sahəsindən 20 ton armatur oğurlanıb. Keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluğun, tikinti sahəsinin mühafizəçisi, Qobustan qəsəbə sakini Sabil Mirzəyev tərəfindən törədildiyi müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır. ANSPRESS
Tikintidən 20 ton armatur oğurlandı
Oğurluğun tikinti sahəsinin mühafizəçisi tərəfindən törədildiyi müəyyən edilib




Şərhlər