Quba rayonunun Təngəaltı kəndində mal tövləsində yanğın baş verib. Quba rayon Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) rəisi Əzizağa Qasımovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, yanğın barədə onlara saat 13.54-də məlumat daxil olub. Hadisə yerinə iki yanğınsöndürən yollanaraq yanğını söndürməyə başlayıb. Hazırda yanğın davam edir.
Hadisənin nə səbəbdən baş verməsi məlum deyil. ANSPRESS
Təngəaltıda yanğın var
Hadisə yerinə iki yanğınsöndürən maşın yollanıb.




Şərhlər