Telejurnalist bıçaqlanaraq öldürüldü
25 İyun 2010 Cümə 18:35
Müxbirin cəsədi kirayəşin qaldığı evdə tapılıb.
Rusiyada 26 yaşlı telejurnalist bıçaqlanaraq öldürülüb. “Ekspert” mediaqrupunun əməkdaşı olan Dimitri Okkertinin cəsədi bu gün Moskvada yaşadığı evdə aşkar edilib.

Sonuncu dəfə iyunun 22-də sosial şəbəkə vasitəsi ilə yaxınları ilə əlaqə saxlayan jurnalistin cəsədini aşkar edən hüquqmühafizə orqanı əməkdaşları qətldə istifadə olunan bıçağı da elə onun öz mənzilində aşkar ediblər. Mərhumun qonşuları onun mənzilindəki işıqların dörd gün fasiləsiz yandığını görərək narahat olublar və mənzilin sahibinə məlumat veriblər.

Mərhum telejurnalist “Vesti-Moskva”, NTV kanalında “Maksimum” verilişlərinin aparıcısı olub. Marqlı bir məqam isə jurnalistin həmkarlarının xatirəsi ilə bağlıdır. Jurnalist həmişə ən böyük arzusunun Maldiv adalarına səfər eutmək olduğunu və ondan sonra rahat ölə biləcəyini bildirirmiş. Onun dostlarının bildirdiyinə görə, bir müddət öncə 26 yaşlı jurnalist Maldiv adalarında olubmuş. Hazırda fakutla bağlı araşdırma aparan hüquqmühafizə orqanı əməkdaşları baş vermiş hadisənin intihar olmasını da əsas versiyalardan biri kimi nəzərdən keçirirlər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar