Tələbəni öldürən qanun keşikçiləri həbs edildi
07 Dekabr 2009 Bazar Ertəsi 21:40
Onlar müvafiq olaraq 15 və 17 il müddətinə azadlıqdan məhrum edilib
Rusiyanın Ulyanov vilayətinin iki milis işçisi müvafiq olaraq 15 və 17 il müddətinə azadlıqdan məhrum edilib. Onlar adam öldürməkdə ittiham olunub.

Müəyyən edilib ki, 14 dekabr 2008-ci il tarixində vilayətin Milis İdarəsinin kiçik serjantı Valentin Çicenkov və adi əməkdaşı Pavel Pondyakov yerli ali təhsil müəssisələrindən birində təhsil alan 20 yaşlı tələbəni xidməti maşınlarına əyləşdiriblər. Onlar gəncin sərxoş olduğunu güman ediblər.

Milis məntəqəsinə gedən yolda qanun keşikçiləri tələbəni döyməyə başlayıb və onun iki mobil telefonunu götürüblər. Bundan sonra onlar qarətin üstünü örtmək üçün saxladıqları şəxsi Sviyaqa çayına apararaq orada batırıblar. Həlak olanın meyidi çaydan bir həftə sonra tapılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar