Hadisə

Tbilisi prospektində güclü yanğın baş verib

Tbilisi prospektində güclü yanğın baş verib. Hadisə yerinə 12 yanğınsöndürmə maşını yollanıb.

· Xəbərçi
Tbilisi prospektində güclü yanğın baş verib
Bu gün səhər saatlarında Bakı şəhər Tbilisi prospektində mebel fabrikində güclü yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, yanğın səhər 10:00 radələrində başlayıb. Yanğından mühafizə xidmətinin 12 əsas maşını və texnikası 2 saylı çağırışla hadisə yerinə gedib.

Bakı şəhər Təcili və Tibbi Yardım Stansiyasının baş həkiminin operativ işlər üzrə müavini Rauf Nağıyevin ANS PRESS-ə verdiyi məlumata görə, faktla bağlı təcili yardıma çağırış olsa da xəsarət alan olmayıb.

Hazırda yanğının söndürüldüyü bildirilir. ANSPRESS

Şərhlər