Hadisə

Sumqayıtda yerləşən hərbi hissədə yanğın

Hərbi hissənin ərazisindəki köhnə şinlər yanır.

· Xəbərçi
Sumqayıtda yerləşən hərbi hissədə yanğın
Bu gün saat 16 radələrində Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən “N” saylı hərbi hissədə yanğın baş verib. Hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata görə, təqribən bir saata yaxındır davam edən yanğın bütün qəsəbəni qara tüstüyə bürüyüb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, yanğın hərbi hissənin avtomobil parkında köhnə şinlərin saxlanıldığı yerdə baş verib və hadisə yerinə yanğınsöndürmə briqadası göndərilib. ANSPRESS

Şərhlər