Hadisə

Sumqayıtda tikintidə ölüm hadisəsi

24 yaşlı oğlan hündürlükdən yıxılaraq ölüb

· Xəbərçi
Sumqayıtda tikintidə ölüm hadisəsi
Sumqayıtda tikintidə ölüm hadisəsi baş verib. Sumqayıt şəhər Polis İdarəsindən verilən məlumata görə, “Dəmir-Beton” ASC-nin inzibati ərazisində hündürmərtəbəli binanın damında işləyən 24 yaşlı Fürqan Əhmədov hündürlükdən yıxılıb. Yaralı təcilli olaraq xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.

Şərhlər