Hadisə

Sumqayıtda ər-arvad zəhərləndi

Onlar xəstəxanaya yerləşdiriliblər

· Xəbərçi
Sumqayıtda ər-arvad zəhərləndi
Sumqayıtda zəhərlənmə hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin rəsmi intermet səhifəsində yer alan xəbərə görə, noyabrın 30-da Sumqayıt şəhər sakini Elnur Baxşıyev və arvadı Səbinə evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya yerləşdiriliblər. Hazırda onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər