Sumqayıtçay da daşdı
21 May 2010 Cümə 14:35
Sumqayıtçay da daşdı. Abşeron rayonunun Pirəküşkül kəndindəki evləri su basıb.
Bu gün səhər saat 6 radəərində Sumqayıtçayın Abşeron rayonunun Pirəküşkül kəndindən keçən hissəsində daşqın baş verib. ANS–in hadisə yerinə yollanan əməkdaşı Səbinə Heydərovannın verdiyi məlumata görə, daşqın baş verən zaman çayın hündüyülüyünün 5 metrə çatdığı bildirilib. Nəticədə kəndin girişindəki körpü yuyularaq tamamilə yararsız vəziyyətə düşüb. Bir neçə evə su dolub, sel yaxınlıqdakı tikinti materiallarını da aparıb.
Kəndin girişindəki körpü yararsız vəziyyətə düşdüyündən, kəndə giriş-çıxış üçün alternativ yol kimi yaxınlıqda yeləşən N saylı hərbi hissənin yolundan istifadə edilir.
Daşqın nəticəsində kəndin su xətləri də sıradan çıxıb. Əhalinin suya olan tələbatını ödəmək üçün əraziyə xüsusi maşınlarla içməli su gətirilib.
Hal-hazırda ərazidə ağır texnika işləyir, bəndvurma işləri görülür.
Qeyd edək ki, Sumqayıtçay - Şamaxı rayonu və Sumqayıt Şəhər Sovetliyi ərazisindən axıb Xəzər dənizinə tökülür. Uzunluğu 198 km, hövzəsinin sahəsi 1751 kvadrat km-dir. Başlanğıcını Gülümdostudağdan (2000 m) götürür. Sumqayıtçay adını Qozlu və Çikilçay birləşəndən sonra alır. Böyük Qafqazın cənub yamacı çayları içərisində ən az sululuğa malik olması ilə fərqlənir. Axımı əsasən yağış (90%) sularından əmələ gəlir. Orta illik su sərfi 1,34 kub m/san-dir. Bunun 80-85%-i yaz-yay, 10-15%-i isə payız və qış fəslində keçir. Daşqınlar yağış sularından əmələ gəldiyinə görə qısamüddətli olur və yağış kəsiləndən sonra qurtarır. Daşqın hər il eyni vaxtda müşahidə edilir. Suyu sulfatlı-natriumlu olmaqla ən çox minerallaşmaya (1000 mq/l) malikdir. Sumqayıtçaydan suvarma işlərində istifadə edilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: