Hadisə

Stavropolda baş verən partlayışda 3 azərbaycanlı yaralanıb

Stavropolda baş verən partlayışda 3 azərbaycanlı yaralanıb. 18 yaşlı həmyerlimizin vəziyyəti ağırdır.

· Xəbərçi
Stavropolda baş verən partlayışda 3 azərbaycanlı yaralanıb
Rusiyanın Stavropol şəhərində Mədəniyyət Evinin qarşısnda baş verən partla yış zamanıl yaralananların 3-ü azərbaycanlılarıdr. Bu barədə ANS-ə Ümumrusiya Azərbaycanlıları Konqresinin Stavropol nümayəndəsi Fəxrəddin Yarıyev məlumat verib.

Onun sözlərinə görə, bunlar İbrahim İsmayıl oğlu İbrahimov, Renat Almas oğlu İbrahimov və Rövşən İsmayılovdur. İbrahim İbrahimov və Renat İbrahimov Stavropol şəhəri 2 saylı xəstəxanada yerləşdirilib. Hazırda onların vəziyyətinin nisbətən yaxşı oduğu bildirilir.

4 saylı Stavropol şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən 18 yaşlı Rövşən İsmayılovun vəziyyəti isə ağırdır. Həmyerlimiz həmin gün təşkil olunan konsert proqramında iştirak etməli imiş.

Xatırəladaq ki, dünən Rusiyanın Stavropol şəhərində Mədəniyyət Evinin yanında partlayıcı qurğunun işə düşməsi nəticəsində 7 nəfər ölüb, 40-dan çox insan isə yaralanıb. Yerli vaxtla saat 18:45-də baş verən partlayışın 200 qram trotil ekvivalentində olduğu bildirilir. Yaralıların vəziyyəti ağır olduğundan ölənlərin sayının artacağı istisna edilmir.

Qeyd edək ki, Stavropol son illərdə nadir hallarda terror hücumuna məruz qalan şəhərlərdən hesab edilir. Baş vermiş terrorla bağlı may ayınnın 28-i Stavropolda matəm elan olunub. ANSPRESS

Şərhlər