Hadisə

Stadionun dam örtüyü çökdü

ABŞ-ın "Metrodom" idman kompleksi qarın ağırlığına tab gətirməyib

· Xəbərçi
Stadionun dam örtüyü çökdü
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Minneapolis ştatında gün ərzində yağan qar milli futbol liqasının oyunları keçirilən “Metrodom” idman kompleksinin çökməsinə səbəb olub. Qar topasının ağırlığı dam örtüyünü bir dəqiqə ərzində çökdürüb.

Xoşbəxtlikdən hadisə nəticəsində ölən və yaralanan olmayıb. Stadionda keçirilməli olan “Minneapolis Vikinqləri” və “Nyu-York qiqantları” komandaları arasında matç isə qeyri-müəyyən müddətədək təxirə salınıb.

Xatırladaq ki, “Metrodom” idman kompleksi 1982-ci ildə istifadəyə verilib. İdman kompleksinin dam örtüyü indiyədək beş dəfə çöküb.

Şərhlər