Siyəzən rayonunda avtoqəza baş verib. Rayon polis şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, “Nissan-Tida” markalı minik avtomobili “QAZel” markalı yük maşını ilə toqquşub.
Nəticədə hər iki avtomobil deformasiyaya uğrayıb. “Nissan-Tida”nın xanım sürücüsü yüngül xəsarət aldığından ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Hazırda hadisə yerinə Dövlət Yol Polisi İdarəsinin əməkdaşları gələrək ilkin araşdırmaya başlayıblar.
Hadisənin səbəbi hələlik bilinmir. ANSPRESS
Siyəzəndə yol qəzası baş verib
Hadisə nəticəsində xanım sürücü xəsarət alıb.




Şərhlər