"Siyəzən broyler" bədbəxt hadisə baş verib
27 İyul 2010 Çərşənbə Axşamı 14:50
"Siyəzənelektrikşəbəkə”nin əməkdaşını cərəyan vurub.
Siyəzən rayonunda fəaliyyət göstərən "Siyəzən Broyler" ASC-də bədbəxt hadisə baş verib. Siyəzən rayon polis şöbəsinin rəis müavini Mehman Nemətovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, “Siyəzənelektrikşəbəkə”nin əməşdaşı 33 yaşlı Mahir Salman oğlu Mahirov broylerdə təmir işləri apararkən onu elektrik cərəyanı vurub. M. Mahirov hadisə yerindəcə keçinib.

Bu barədə məlumat polis şöbəsinin növbətçi hissəsinə saat 12:55 radələrində daxil olub. Baş vermiş hadisə ilə bağlı rayon polis şöbəsi və prokurorluğun nümayəndələri quşçuluq müəssisəsində olublar.

Faktla bağlı araşdırmalar aparılır.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar