Şirkətin yeddinci əməkdaşı intihar etdi
23 Fevral 2010 Çərşənbə Axşamı 16:50
“Franstelekom”un ötən il 32 işçisi özünə qəsd edib.
Fransanın Lens şəhərində yerləşən “Franstelekom” şirkətinin yanvar ayından bəri yeddi əməkdaşı intihar edib.
Son olaraq özünə qəsd edən 54 yaşlı şirkət əməkdaşının uzun müddətdir ki, şəxsi həyatı ilə bağlı psixoloji problemlər yaşadığı və müalicə olunduğu məlum olub.
Şirkətin yenidən qurulması üçün qurumda aparılan islahatlar işçilərdə olduqca böyük narahatlıq yaradıb. Ötən il isə bu kimi səbəblərlə 32 nəfər işçinin özünə qəsd etdiyi bildirilir.
Daha öncə şirkətin səhmlərinin əsas hissəsi dövlətə məxsus olduğu halda, hazırda müəssisədə özəlləşdirmə işləri başlanıb və bu da işçilərin iş rejimi və psixoloji durumuna ciddi təsir edib.
Şirkət əməkdaşlarından intihar edənlərin bir qismi ölümlərindən öncə yazdıqları məktublarda iş həyatındakı gərgin psixoloji təzyiqlərdən gileyləniblər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: