Şimali Qafqazda insident
19 Noyabr 2010 Cümə 06:35
Bir nəfəri ağır olmaqla 3 milis əməkdaşı yaralanıb
Dağıstanın Xasavyurt rayonunda milis avtomobili naməlum silahlılar tərəfindən atəşə tutulub. Baş vermiş insident nəticəsində 3 milis işçisi yaralanıb. Məlumatı Dağıstan Daxili işlər nazirliyi yayıb. Məlumata görə yaralanan milis əməkdaşları Pyatiqorsk milis şöbəsinin əməkdaşları olub. Yaralılar xəstəxanaya çatdırılıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Xunzaxda da rayon daxili işlər bölməsinin binası naməlum şəxslər tərəfindən atəşə tutulub. Ölən və xəsarət alanların olmadığı bildirilir.
DOSTLARINLA PAYLAŞ: