İsveçdən Türkiyəyə sərnişin daşıyan təyyarəni ötən gecə ildırım vurub. “Thomas Cook” avia şirkətinə məxsus olan “Airbus 330” təyyarəsi Stokholmdakı Arlanda Hava limanından ayrıldıqdan qısa zaman sonra sərnişinlər təyyarədə güclü silkələnmə hiss ediblər. Təyyarəni ildırım vurduğunu bildirən kapitan sərnişinlərə Stokholma geri qayıtdıqları barədə məlumat verib.
Xoşbəxtlikdən təyyarədə olan 405 nəfər sərnişindən heç kimin xəsarət almadığı bildirilir. Təyyarənin texniki baxışı başa çatdırıldıqdan sonra isə onun Antaliyaya uçmasına icazə veriləcək. ANSPRESS
Sərnişin təyyarəsini ildırım vurub
Türkiyəyə gəlməli olan təyyarə yenidən İsveçə qayıdıb.




Şərhlər