Sərnişin avtobusu uçuruma düşüb
21 Noyabr 2010 Bazar 13:05
Yol qəzası nəticəsində 9 nəfər ölüb, 26 nəfər yaralanıb
Bu gecə Kolumbiyanın paytaxtı Boqotadan 600 km. cənub-qərbdə sərnişin avtobusu qəzaya uğrayıb. ANS PRESS-in yerli “Caracol” radiostansiyasına istinadən verdiyi xəbərə görə, nəqliyyat vasitəsinin uçuruma yuvarlanması nəticəsində ən azı 9 nəfər ölüb, 26 nəfər isə yaralanıb.

Ölkənin regional Yol Polisi İdarəsindən verilən məlumata görə, qəza Kauka departamentində Silviya və Xamabalo şəhərləri arasındakı dağlıq yolda baş verib.

“Sərnişin avtobusu idarəni itirərək dərəyə aşıb. 9 nəfərin cəsədi tapılıb. 26 nəfər xəstəxanya yerləşdirilib. Onlardan əksəriyyətinin vəziyyəti ağırdır. Qəza yerində axtarış-xilasetmə işləri davam etdirilir”, - deyə məlumatda bildirilir.

İlkin versiyaya görə, qəzaya səbəb sürücünün sürət həddini aşması olub.

Rəsmi məlumatlara görə, hər il Kolumbiyada baş verən yol qəzaları nəticəsində 5 mindən artın insan dünyasını dəyişir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar