Sərnişin avtobusu gölə düşüb
Peruda baş verən hadisədə 13 nəfərin öldüyü bildirilir.
Peruda sərnişin avtobusunun Titikaka gölünə düşməsi nəticəsində 13 nəfər həlak olub. “RPP” radiosunun verdiyi məlumata görə, avtobus 100 metr hündürlükdən düşüb. Qəza zamanı avtobusda nə qədər adamın olması barədə dəqiq məlumat yoxdur. Hazırda aparılan xilasetmə tədbirləri nəticəsində avtobusun qalıqları və həlak olmuş insanların cəsədləri göldən çıxarılır. Ölənlərin sayının artacağı istisna edilmir. ANSPRESS




Şərhlər