Hadisə

Şəmkirdə "Jiquli" və "Kamaz" toqquşdu

Şəmkirdə "Jiquli" və "Kamaz" toqquşdu. Oğul öldü, sağ ata qaldı.

· Xəbərçi
Şəmkirdə "Jiquli" və "Kamaz" toqquşdu
Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata oktyabrın 15-də saat 13.00 radələrində Şəmkir rayonunun Qasımallar kəndi ərazisində Gədəbəy rayon sakinləri Maarif Əmiraslanovun idarə etdiyi "VAZ-2121" markalı və Ülfət Həsənovun idarə etdiyi "Kamaz" markalı avtomaşınlar toqquşub.

Nəticədə xəsarət alan M.Əmiraslanov və sərnişini, oğlu Tunar xəstəxanaya yerləşdirilib. Həkimlərin bütün müdaxiləsinə baxmayaraq Tunar orada ölüb.

Şəmkir rayon polis şöbəsi tərəfindən araşdırma aparılır. ANSPRESS

Şərhlər