Şəkidə silahlı vəhabilər tutuldu
24 May 2010 Bazar Ertəsi 16:25
Onların evindən “Vinçester”, qılınc və digər sursatlar aşkarlanıb.
Şəkidə silahlı dini qruplaşmanın üzvləri tutulub. Şəhər Polis Şöbəsindən verilən məlumata görə, mayın 22-də polis əməkdaşları tərəfindən şəhər sakinləri Qalib Vahabov, Vasif Əliyev, Elşən Çələbiyev və Aydın Mülayimov saxlanılıb.
Araşdırmalar nəticəsində həmin şəxslərin vəhabi dini təriqətini təbliğ etmələri müəyyən edilib. Onların yaşadıqları evə baxış zamanı 1000-ə yaxın dini kitab, audio-video disklər və kassetlər, 1 ədəd "Vinçester" tüfəngi, 217 ədəd güllə, 3 ədəd qılınc, 2 ədəd ov bıçağı, 1 ədəd optik cihaz və 1 ədəd durbin aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: