Şəkidə maşın gölə düşdü, 1 nəfər öldü
24 İyul 2010 Şənbə 12:30
Şəkidə maşın gölə düşdü, 1 nəfər öldü. Faktla bağlı araşdırma aparılır.
Şəki rayonunun 45 yaşlı sakini göldə boğularaq ölüb. Bu barədə APA-ya Şəki şəhər-rayon Polis Şöbəsindən məlumat verilib.

Hadisə rayonun Baş Göynük kəndi ərazisindəki göldə baş verib. 1958-ci il təvəllüdlü Şəki rayonu Aşağı Göynük kənd sakini Rəsulov Seyfulla Nəsrulla oğlu bostan sahəsindən qayıdarkən idarə etdiyi “Moskviç-412” markalı avtomobili gölə salıb. Nəticədə avtomobildə olan sərnişin, 1965-ci il təvəllüdlü Şəki rayonu Aşağı Layskı kənd sakini Şəfiyev Əsəbəli Mohmahüseyn oğlu göldə boğulub.

Fakt üzrə rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar