Hadisə

Şəkidə evdə partlayış olub

Hadisə birmərtəbəli fərdi evin mətbəxində qeydə alınıb

· Xəbərçi
Şəkidə evdə partlayış olub
Şəki şəhərində fərdi evdə partlayış baş verib. Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında yer alan məlumata görə, hadisə ümumi sahəsi 150 kv.m olan birmərtəbəli fərdi evin mətbəxində qeydə alınıb.

Hadisə nəticəsində yanğın olmayıb. Partlayış zamanı mətbəxin qapısı yerindən çıxıb, pəncərə şüşələri sınıb. Hadisə zamanı evdə olan 1 nəfər yanıq xəsarətləri alıb. Yaralı xəstəxanaya aparılıb.

Şərhlər