Aprelin 11-də saat 19.00 radələrində “Sədərək” Ticarət Mərkəzində yanğın başlayıb. Ticarət Mərkəzindən Lent.az-a verilən məlumata görə, mağazalardan birində başlayan yanğın ətrafa yayılıb.
Yanğının səbəbləri hələlik bilinmir. Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin 3 yanğınsöndürən maşını hadisə yerindədir.
Alovun qarşısının alınması üçün tədbirlər görülür. ANSPRESS
Sədərək Ticarət Mərkəzində yanğın olub
Sədərək Ticarət Mərkəzində mağazalardan birində başlayan yanğın ətrafa yayılıb.




Şərhlər