Səbaildə qanlı olay
05 İyul 2010 Bazar Ertəsi 10:55
31 yaşlı Zaur Hacıbalayev naməlum şəxs tərəfindən bıçaqlanıb.
Ötən gecə paytaxtın Səbail rayonu ərazisində bıçaqlanma faktı qeydə alınıb. Hadisə Fikrət Əmirov küçəsi 2 ünvanında baş verib. Bıçaqlanan 31 yaşlı Zaur Sarvan oğlu Hacıbalayev olub. Təcili tibbi yardım maşını ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilən zərərçəkənə döş qəfəsinin sol payında daxilə nüfuz edən bir bıçaq yarası diaqnozu qoyulub. O, dərhal əməliyyat edilib.

Zərərçəkmişin vəziyyəti ağır olduğu üçün onun dindirilməsi hələ ki, baş tutmayıb. Bu səbəbdən də hadisənin dəqiq kim tərəfindən və hansı səbəbdən törədildiyi bəlli deyil.

Hadisə ilə bağlı Səbail Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Faktla bağlı cinayət işi başlanılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar