Səbail rayonunda mikroavtobus piyadanı vurub
12 Mart 2010 Cümə 23:10
Xəstəxanaya çatdırılan piyadanın həyatını xilas etmək mümkün olmayıb.
Bu gecə paytaxtın Səbail rayonu Salyan yolu deyilən ərazidə piyadanın vurulması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. 1975-ci il təvəllüdlü Əzizov Ayaz Əlağa oğlu idarə etdiyi “Mersedes” markalı mikroavtobusla, yolu keçmək istəyən 44 yaşlı Məmmədova Gülnar Ağalar qızını vurub. Qəzadan sonra piyada hadisə şahidlərinin köməkliyi ilə 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq Gülnar Məmmədovanın aldığı xəsarətlər ağır olduğundan onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə baş verən ünvanda Səbail rayon Polis İdarəsi və Dövlət Yol Polis şöbəsinin əməkdaşları tərəfindən baxış keçirilərək müvafiq nümunələr götürülüb. İlkin ehtimallara görə piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi sürücünün avtomobili yüksək sürətlə idarə etməsi səbəbindən baş verib. Faktla bağlə Səbail rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir. İş üzrə təyin olunmuş avtotexniki və tibbi ekspertizaların yekun rəyindən sonra yol nəqliyyat hadisəsinin daha dəqiq səbəbləri məlum olacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar