Hadisə

Samur-Abşeron kanalına traktor düşüb

Traktoda olan şəxsin axtarışları üçün kanalın suyu kəsilib

· Xəbərçi
Samur-Abşeron kanalına traktor düşüb
Xaçmaz rayonunda bədbəxt hadisə baş verib. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, Samur-Abşeron kanalının rayonun Yeni Sudur kəndindən keçən hissəsinə traktor düşüb. Rayon Polis şöbəsinin istintaq bölməsinin rəis əvəzi Əhməd Nəcəfovun verdiyi məlumata görə, traktorla yanaşı onun içərisində olan gənc oğlanda Xanarx kanalına düşüb. Kanala düşən gəncin şəxsiyyəti bilinməsədə onun Pirquluoba kənd sakini olduğu bəllidir. Rəis əvəzinin sözlərinə görə, itgin düşən şəxsin axtarışı üçün kanalın suyu kəsilib. Axtarışlara polis əməkdaşları ilə yanaşı xilasedicilərdə cəlb edilib.

Şərhlər