Bu gün Azərbaycanın Şamaxı rayon ərazisində iki dəfə zəlzələ olub. Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmooloji Xidmət Mərkəzindən verilən məlumata görə, ilk yeraltı təkan saat 09:08-də Şamaxı rayonundan 11 km şimal-qərbdə, 12 kilometr dərinlikdə qeydə alınıb.
Növbəti yeraltı təkan isə 10:01-də Şamaxı rayonundan 16 km qərbdə, 6 kilometr dərinlikdə qeydə alınıb. Hər ikisi Rixter cədvəli ilə 3 bal gücündə olan yeraltı təkanlar hiss olunmayıb. ANSPRESS
Şamaxıda bu gün iki dəfə zəlzələ olub
Şamaxıda yeraltı təkanlar əhali tərəfindən hiss olunmayıb.




Şərhlər