Hadisə

Şamaxıda 5 yaşlı uşağı ilan vurub

Şamaxıda 5 yaşlı uşağı ilan vurub. Onun həyatını xilas etmək mümkün olmayıb.

· Xəbərçi
Şamaxıda 5 yaşlı uşağı ilan vurub
Azərbaycanın Şamaxı rayonunda 5 yaşlı uşaq ilan vurması nəticəsində dünyasını dəyişib. Şamaxı rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə mayın 18-də günorta saatlarında Göl Göylər kəndində baş verib. Bakı Şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbə sakini, 2005-ci il təvəllüdlü Nüsrət Əli oğlu Nuhov valideynləri ilə Göl Göylər kəndinə qohumlarıgilə qonaq gedibmiş. Uşaq həyətdə oynayarkən onu ilan vurub. E. Nuhov təcili olaraq Bakıda Klinik Tibb Mərkəzə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. ANSPRESS

Şərhlər