Ötən gecə Qaradağ rayon sakini özünü bıçaqlayıb. Hadisə rayonunun Sahil qəsəbəsində qeydə alınıb. Əslən İsmayıllıdan olan 24 yaşlı Muradov Natiq Səyyad oğlu Qasımov küçəsi bina 35 mənzil 31-də özünə bir bıçaq xəsarəti yetirib. Nəticədə qarın boşluğundan ağır yaralanan xəstə təcili tibbi yardım maşını vasitəsi ilə 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Klinikaının həkimləri onun üzərində dərhal cərrahiyyə əməliyyat aparıblar.
Qeyd edək ki, faktla bağlı Qaradağ rayon polis idrasinin 38 polis bölməsində araşdırmalara başlanılıb. Bölmdən aldığımız məlumata görə, Natiqin özü-özünə bıçaq xəsarəti yetirməsinin hansı səbədən baş verməsi hazırda təhqiqatçı səviyyəsində araşdırılır. Verilən ilkin məlumatlara görə, Natiq Muradovun narkotika istifadəçisi olması güman edilir. Məhz onun özünə xəsarət yetirməsinin onda baş verən pisxoloji dəyişikliklər səbəbində qaynaqlanması da istisna olunmur.
Sahil qəsəbəsinin sakini özünü bıçaqlayıb
Xəstəxanaya çatdırılan yaralı üzərində dərhal cərrahiyyə əməliyyatı aparılıb




Şərhlər