Hadisə

Sabunçuda ər və arvad tutulub

Sabunçuda ər və arvad tutulub. Onlar dələduzluqda təqsirli bilinirlər.

· Xəbərçi
Sabunçuda ər və arvad tutulub
Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan ər və arvad həbs edilib.
Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən ANSPRESS-ə verilən məlumata görə, Söhbət Ağayev və Minayə Ağayeva iyunun 25-də saxlanılıblar. ANSPRESS

Şərhlər