Şabranda meşə yanğının qarşısı alınıb
01 Avqust 2010 Bazar 14:30
Rayona dəymiş ziyan müəyyənləşdirilir.
Kəskin istilərin meşə yanğınlarına səbəb olduğu Şabran rayonunda alovun qarşısı alınıb. Buna baxmayaraq bəzi yerlərdə xırda tüstülənmə müşahidə olunur. ANS-in bölgə müxbirinin məlumatına görə, hazırda kənddə hüquq-mühafizə orqanlarının əməkdaşları müşahidəçilik cədvəli əsasında baş verə biləcək yanğının qarşısının alınması üçün iş aparır. Rayona dəymiş ziyanın məbləği müəyyənləşdirilir.
Qeyd edək ki, Şabranın dağ kəndi Zeyvənin üst hissəsində yerləşən hündür dağ massivindəki meşədə başlayan yanğınların qarşısının alınması üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikası cəlb olunub. Vəziyyətin təhlükəsizliyini nəzərə alaraq FHN-nin şimal regional dairəsinə helikopter göndərilməsi üçün müraciət edilib. Bakıdan yanğınsöndürən maşınlar çıxa bilmədiyinə görə əraziyə 2 helikopter cəlb olunub. Helikopretlər dənizdən su götürməklə yanğının qarşısını almağa çalışıblar.
Helikopterlə yanaşı əraziyə Fövqəladə Hallar Nazirliyinin Şabran Dövlət yanğından mühafizə hissəsinin 3,Qubanın 12 yanğınsöndürən maşını, 50 nəfərə yaxın hüquq-mühafizə orqanı əməkdaşı, həmçinin yanğının neft buruqlarına yaxınlaşmasının qarşısını almaq üçün 7-8 kəndin əhalisi cəlb edilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: