Hadisə

Sabirabadda körpə yanaraq ölüb

Sabirabadda yaşayış evi yanıb. Bu barədə APA-ya Sabirabad rayon Polis Şöbəsindən məlumat verilib.

· Xəbərçi
Sabirabadda körpə yanaraq ölüb
Hadisə bu gecə saat 03.00 radələrində rayonun Qarağac kəndində Pirverdi Mahmudova məxsus evdə baş verib. Yanğın güclü olduğundan qarşısını almaq mümkün olmayıb. Nəticədə ev tamamilə yanıb. Yanğın zamanı evdə olan 1 yaşı hələ tamam olmamış Zəhranı xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər