Saatlı rayonunda yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə noyabrın 9-da saat 21.25 radələrində baş verib.
Rayonun Seyidlər kənd sakini Əlixuda Talıbovun idarə etdiyi dövlət qeydiyyat nişanı olmayan "QAZ-53" markalı və Mollaəvəzli kənd sakini Hüseyn Məmmədovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşub.
Nəticədə H.Məmmədovun sərnişini, qardaşı Murad hadisə yerində ölüb, xəsarət almış hər 2 sürücü isə xəstəxanaya yerləşdirilib.
Hadisənin nə səbəbdən baş verməsi Saatlı rayon polis şöbəsi tərəfindən araşdırma aparılır. ANSPRESS
Saatlı sakini qəza elədi, qardaşı öldü
Saatlı sakini qəza elədi, qardaşı öldü. Faktla bağlı araşdırmalar aparılır.




Şərhlər