Qusarda narkotika plantasiyası aşkar edilib
12 İyul 2009 Bazar 13:55
Çəkisi 2 ton 393 kq olan bitki yabanı halda bitib

 

Qusar rayonunda narkotika plantasiyası aşkar edilərək məhv edilib.

Rayon polis  şöbəsinin əməkdaşları Zindanmuruq kəndi ərazisində çayın kənarında yabanı halda bitmiş narkotik plantasiyası aşkar ediblər. Plantasiyaya baxış keçirən polis əməkdaşları bitkiləri kökündən çıxararaq zərərsizləşdiriblər.

Polis şöbəsinin təhqiqatçısı Fuad Məstanov ANS-ə verdiyi məlumata görə, ümumi çəkisi 2 ton 393 kq olan bitki yabanı halda bitib, plantasiyaya aqrotexniki qulluq göstərilməyib.

Sənədləşmədən sonra çıxarılmış çətənə kolları yandırılıb. Qusar polis şöbəsinin təhqiqat qrupunda araşdırmalar davam edir.

Aytəkin Alxaslı /ANSPRESS/ 

 

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar