Qusar rayonunda yanğın baş verib. Yanğın rayon mərkəzindən 45 km aralıda yerləşən Qaratopa kənd sakini Nadir Sayatxanoğlu Nökərova məxsus yaşayış evinin həyətində başlayıb. FHN Qusar Dövlət yanğından mühafizə hissəsinin rəisi Güləhməd Zəkiyevin ANS-ə verdiyi məlumata görə, 2 yanğınsöndürən maşın yanğının qarşısını alıb.
Yanğın nəticəsində həyətdə təxminən 7 tona yaxın mal-qara üçün saxlanılan quru ot yanıb. Yanğının ətrafa keçməsinin qarşısı alınıb.
Yanğının səbəbləri araşdırılır. ANSPRESS
Qusar rayonunda yanğın baş verib
Nəticədə mal-qara üçün saxlanılan 7 tona yaxın quru ot yanıb.




Şərhlər