Qudyalçayda 16 yaşlı qız batıb
06 Avqust 2010 Cümə 12:40
Qudyalçayda 16 yaşlı qız batıb. Hadisə Quba-Xınalıq yolunun 30-cu kilometrliyində baş verib.
Quba rayonunda boğulma hadisəsi baş verib. Quba-Xınalıq yolunun 30-cu kilometrliyində yerləşən istirahət mərkəzlərindən birində ailəsilə istirahət edən Ağdam rayonundan olan məcburi köçkün, Pirşağı qəsəbə sakini 16 yaşlı Əliyeva Səkinə Faiq qızı Qudyalçayda çımərkən batıb. Quba rayon polis şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə dünən 13:00 radələrində baş verib. Polisin növbətçi hissəsinə bu bərədə məlumat dünən saat 16:30-da daxil olub.

Hadisə barədə məlumat daxil olan kimi, Quba rayon polis şöbəsinin əməkdaşları dərhal hadisə yerinə yollanıblar.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Quba rayon şimal-regional bölməsinin dalğıcları ilə birgə axtarış aparılır. Çayın həmin hissəsi qayalıq ərazi olduğundan axtarış apramaq çətinlik törədir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar